Bu maşınların sahibləri cərimə olunacaq - VİDEO

img

15-05-2017 [23:13]


On beş gün keçməsinə baxmayaraq Bakıda Rusiya istehsalı olan avtomobillərin hələ də 25-30 faizi texniki baxışdan keçməyib. Odur ki, yol polisi artıq belə avtomobilləri cərimələməyə başlayıb.

Mia.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, sürücülər saxlanılanda "vaxtım yoxdur”, "xəbərim olmayıb” kimi bəhanələr gətirirlər. Amma bu bəhanələr onlara cərimə yazmağa mane olmayacaq.

Vaqif Əsədovun sözlərinə görə, "sovet” avtomobillərində təkərlərə qoyulan standartlara əksər hallarda əməl edilmir. Bölmə rəisi sürücülərə tezliklə texniki baxışdan keçməyə dəvət edir. Əks halda belə sürücülərə cərimə protokolları yazılacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR