Şriftin ölçüsü / 295 dəfə oxunub

Cüdoçulara medalları prezident təqdim etdi

15 May 2017 [17:23]
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi idmançılardan ibarət cüdo komandalarının yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Qalib komandalara medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib. Komanda yarışında Azərbaycan yığması finalda əlcəzairli rəqiblərinə qalib gəliblər.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.



SON XƏBƏRLƏR