Şriftin ölçüsü / 65 dəfə oxunub

Köçkünlər üçün yoluxucu xəstəliklərlə bağlı təlim – FOTO

13 May 2017 [14:57]
"Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirməyə başladığı "Məcburi köçkünlər arasında yoluxucu xəstəliklərin profilaktikası” adlı layihənin növbəti tədbirini 12 may 2017-cı il tarixdə Ağdam rayonunun Yeni İmanqulubəyli kəndinin ərazisində yerləşən köçkün şəhərciyində keçirib.

Son dərəcədə səliqəli şəkildə tikilən şəhərciyin Mədəniyyət Evində baş tutan tədbirə rəsmi şəxslər, ziyalılar da qatılıb. Təxminən 30 nəfərin iştirak etdiyi toplantını giriş sözü ilə layihənin rəhbəri doktor Fikrət Xəlilov açıb. O, iştirakçılara layihə barədə ətraflı məlumat verib.
Həkim-ekspert Solmaz Mirzəyeva hal-hazırda bütün dünyada geniş yayılmış yoluxucu xəstəliklər haqqında geniş məlumat verməklə yanaşı, həm də dinləyiciləri maraqlandıran suallara ətraflı cavab verib.
Bundan sonra çıxış edən həkim Xəlilova Əntiqə dinləyicilərə sanitariya-gigiyena qaydaları və bunlara riayət olunmasının vacibliyi barədə öz tövsiyyələrini bildirib.

Tədbir çay-kofe süfrəsiylə yekunlaşıb.



SON XƏBƏRLƏR