Şriftin ölçüsü / 194 dəfə oxunub

Mehriban Əliyeva gimnastika yarışlarının qaliblərini mükafatlandırıb - FOTOLAR

14 May 2017 [00:17]

Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışlarında komanda hesabında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mükafatlandırma mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.

Bu yarışmada Azərbaycan yığması qalib gəlib. Özbəkistan ikinci, Türkiyə komandası isə üçüncü yeri tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.




SON XƏBƏRLƏR
17:34 24.06.2017
Şəhidə borc yazanlar