Məhkəmə zalından qaçan dustaq tutuldu - Şəmkirdə film kimi hadisə + FOTO

img

13-05-2017 [16:39]


 Şəmkir rayonunda məhkəmə zalından qaçan dustaq tutulub.

Şəmkir Rayon Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, Eşqin Murtuzov rayonun Seyfəli kəndinin ərazisində saxlanılıb.

Həmin şəxs məhkəməyə təhvil verilib.

Qeyd edək ki, bu gün qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Eşqin Murtuzov mükakimə zamanı Şəmkir Rayon Məhkəməsinin zalının pəncərəsindən çıxaraq qaçıb. 

Xatırladaq ki, Şəmkir rayonu, Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Namiq Əli oğlu Babayevi bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölüb.

E.Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir rayonu Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi E.Murtuzovdan aldığını bildirib.

Saxlanılan şəxs məhkəməyə təhvil verilib

Digər xəbərlər
SON XƏBƏRLƏR