40-dan çox bank filialı və şöbəsi gücləndirilmiş iş rejiminə keçiib- Palatadan açıqama

img

13-05-2017 [16:22]


Bakıda keçirilən "IV İslam Həmrəyliyi Oyunları” ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə may ayının 12-dən etibarən 24 bankın 40-dan çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
 
Palatadan Mia.az-a verilən məlumata görə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərir.
 
Yarışlarla əlaqədar həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:

Koordinator: Elşən Səmədov
Tel: (+994) 51 444 25 32 
 
Yarışlar zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində -http://fimsa.az/uploads/W1siZiIsIjIwMTcvMDUvMTMvNmRzcWZ5N2poc19fc2xhbWlhZGFfUERGLnBkZiJdXQ?sha=d8585e4f32689a6a  yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR