Şriftin ölçüsü / 236 dəfə oxunub

Kompüterləri kiberməkanda yayılan qlobal virus epidemiyasından necə qorumaq olar? - Nazirlik açıqladı

13 May 2017 [16:15]
Ötən gün beynəlxalq kiberməkanda qlobal virus epidemiyası qeydə alınıb. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) "Report"a daxil olan məlumata görə, kompüter qurğuları və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən virus 99 ölkədə 75 mindən çox kompüter sistemində yayılıb. "WannaCry” adlandırılmış bu virusun əsasən "Windows” əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb.

Yoluxmuş kompüterlərdəki bütün növ fayllar – sənədlər, şəkillər, videolar, məlumat bazaları şifrələnir, kompüterin fəaliyyətinə maneə yaradılır və deşifrələnmə üçün müəyyən məbləğ tələb edilir.

"Microsoft” şirkətinin aşkar olunmuş boşluğun aradan qaldırılması ilə bağlı "Microsoft Security Bulletin MS17-010 – Critical” adlı yenilənməsi mövcuddur.

Hazırda müxtəlif antivirus proqramlarında virusa qarşı müvafiq təzələnmələr aparılıb.

Kompüter sistemlərini təhlükədən qorumaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilər üçün istifadə edilən kompüter və informasiya sistemlərindəki "Windows” əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə ("patch”ın yüklənməsi və quraşdırılması) aparılmalı, e-poçt vasitəsi ilə göndərilən naməlum faylları, tanış olmayan hər hansı digər mənbəyə keçidi klikləməmək, vacib sənədlərin ehtiyat nüsxəsini (backup) yaratmağı, aktiv və antivirus bazası aktual olan anti-virusdan isitfadə edilmədiyinə əmin olmaq, əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, "Microsoft Defender” antivirus proqramından istifadə etmək, antivirus proqramı vasitəsilə kompüterdə mövcud ola biləcək yoluxmaları yoxlamaq və internetdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək məsləhət görülür.

Baş verilmiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Elektron Təhlükəzilik Mərkəzinin 1654 nömrəli Qaynar Xəttə zəng etmək və ya [email protected] elektron ünvanına yazmaq tövsiyə olunur.


SON XƏBƏRLƏR