“Veysəloğlu”nun işçilərinin öldüyü qəza ilə bağlı - Rəsmi açıqlama

img

13-05-2017 [12:34]


Daxili İşlər Nazirliyi Yevlaxda 6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, mayın 12-də saat 20 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində Salahlı kənd sakini Ziyad Cəfərovun idarə etdiyi "VAZ-2107" və Tərtər rayon sakini Zülqədər Zülqədərlinin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Z.Zülqədərlinin sərnişinləri - Mingəçevir şəhər sakinləri Pərviz Zeynalov və Zahir Allahverdiyev, habelə Z.Cəfərovun sərnişinlərindən - həmkəndlisi İlya Həşimov hadisə yerinsə ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Yevlax rayon Polis Şöşəsində tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxslərdən 3-ü "Veysəloğlu" şirkətinin əməkdaşıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR