Şriftin ölçüsü / 204 dəfə oxunub

Gənclər Samuxda yürüşə çıxdı: “Təbiət Tanrının yazdıgı bir kitabdır”

12 May 2017 [21:42]
Mayın 10-da Samux rayonunda 100-ə yaxın gəncin iştirak etdiyi veloyürüş təşkil olunub. Gənclərin yüksək coşgusu ilə müşayiət olunan tədbir ekoloji problemlərə diqqətin cəlb edilməsi və gənclərin potensialının bu yöndə səfərbərliyi məqsədi daşıyan  cagırışlara həsr edilib. 

Bu barədə Mia.az-a veriən məumata görə, rayon gəncləri velosipedlərlə küçələrə axışaraq "Təbiət Tanrının yazdıgı bir kitabdır” şüarları ilə insanların diqqətini ekoloji problemlərə cəlb etməyi bacarıblar. 

Səhər tezdən rayonun Heydər Əliyev Mərkəzindən start verilən ekoloji aksiya rayonun yerli dövlət orqanlarının nümayəndələrinin, QHT-lərin, KİV-in və məktəblilərin iştirakı ilə düzənlənən tədbirlə başlayıb. Tədbirin təşkilatçısı, "Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Nizami Əhmədovun sözlərinə görə, aksiyanın veloyürüşlə davam etməsi təsadüfi deyil və onlar məhz ekoloji amillərin insanların saglamlıgında mühüm rol oynadıgını əks etdirmək istəyirlər. 

Təşkilat rəhbəri onu da əlavə edib ki, aksiya "Təbiət Tanrının yazdıgı bir kitabdır” devizi ilə həyata keçiriən layihə çərçivsində təşkil olunur.

Layihənin tərəfdaşları olan Samux rayon icra hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, rayon yol polisi bölməsinin əməkdaşları veloyürüşün məqsədinin günümüzün reallıgı olan ekoloji problemlərlə əlaqələndirilməsinin olduqca vacib oldugunu vurgulayıblar. 

Onu da qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunur.



SON XƏBƏRLƏR