Şriftin ölçüsü / 105 dəfə oxunub

Biz imkan verməyəcəyik ki, prezidentə qarşı xəyanət edənlər nəyəsə nail olsun - Xəbərdarlıq

12 May 2017 [12:43]
"Prezidentin son müşavirədə söylədiyi həm hakimiyyət daxilində olanlara, həm də müxalifətdə olan satqınlara bir mesaj idi”.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, onlar prezidentin çağırışına səs verərək ictimai nəzarəti get-gedə gücləndirirlər:

"Biz imkan verməyəcəyik ki, prezidentə qarşı xəyanət edənlər nəyəsə nail olsun, ictimai nəzarəti hər gün gücləndiririk. Partiyamız günün 24 saatını işləyir, nömrələrimiz hamıya açıqdır, günün istənilən zamanı daxil olan şikayətləri dinləyirik. Biz Azərbaycanda ictimai nəzarəti həyata keçirən yeganə qurumuq. Təbii ki, bu çox pis haldır. Biz istərdik ki, digər qurum və partiyalar da belə etsin, amma etmirlər. Əli Kərimli özünü müxalifət adlandırır, amma ölkədə baş verənlərdən bir cümlə danışmır. İqtidar daxilində olan havadarlarının diqtəsi ilə hərəkət edir. Heydər Əsədovun oğlu xaricdə maşını ilə reketlik edir. Bunu dünya görür axı, bu, prezidentə qarşı yönəlir. Mənim qardaşım əvvəlki kimi humanistilik göstərməməlidir. Bu məmurlar işlərindən azad olunmalı, yığdıqları milyardlar xalqa qaytarılmalıdır. Prezidentin böyük planları var. Bu planları həyata keçirmək üçün yaxşı komandaya ehtiyac var. İlham Əliyevin komandasında olan insanlar isə zədəlidir. Bu zədəlilərin gördüyü işlər dövlətin imicinə həm daxildə, həm də xaricdə böyük zərbə vurur. Qardaşım İlham Əliyev cəsarətli addımlarına davam etməlidir. Biz də ömrümüzün axırına qədər cənab prezidentin yanında olacağıq.”



SON XƏBƏRLƏR