Cəbrayıldan olan “işıq məhbusları”nın həbs müddəti uzadıldı

img

11-05-2017 [17:30]


Bu gün Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahovun qərarı ilə Cəbrayıl rayonundan olan "işıq məhbusları”nın həbs müddəti daha bir ay müddətinə uzadıldı.

Bu haqda vəkil Elçin Sadıqov məlumat verib. Vəkil, qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, Cəbrayıl rayonundan olan köçkünlər ötən qış mövsümündə qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR