Şriftin ölçüsü / 245 dəfə oxunub

Polad Bülbüloğlu erməni diasporunun törətdiyi təxribatı Rusiya XİN-də qaldırıb

11 May 2017 [16:16]
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüb.

Rusiya XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş səfirin xahişi ilə baş tutub. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparılıb. APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Polad Bülbüloğlu mayın 9-da Moskva və Sankt-Peterburq şəhərlərində Qələbə günü ilə bağlı keçirilən "Ölməz alay” («Бессмертный полк») yürüşü zamanı erməni diasporunun törətdiyi təxribatı nazir müavininin diqqətinə çatdırıb.

Səfir gələcəkdə belə halların baş verməməsi üçün müvafiq tədbirlər görülməsini istəyib.

Q. Karasin məsələni diqqətdə saxlayacağını deyib.


SON XƏBƏRLƏR