11-05-2017 [13:08]
"ARB Ulduz"un "Şou-məkan" porqramının növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.
Milli.Az xəbər verir ki, yeni doğulan körpəsinin üzünü tamaşaçılardan gizlədən müğənni övladının atasına bənzədiyini qəbul etsə də, hələ uzun müddət oğlunun üzünü gizli saxlayacağını söyləyib:
"Atasına bənzəyib-bənzəməməsini sən gördün. Bizi tanyanlar bilir ki, bənzəyir. Bir dənə üst dodağı mənə oxşayır. Övladımın üzünü göstərmək istəmirik. Son zamanlar görürsüz ki, heç qızımın da şəkini istəmirəm paylaşsınlar.
Başım bəlalıdır. "Əysim" tüstülüdür. Bir şey olan kimi Şəbnəm, Şəbnəm. Bəsdir artıq. Bu Şəbnəm öz həyatını yaşayır. Dəyib dolaşmasalar, daha yaxşı olar".
Şəbnəm çəkiliş zamanı evinə dəvət etdiyi qonaqlardan da danışıb:
"Mənə yaxın olan sənət dostlarım, sırf xanımlar bu gün qonağımdır. Hardasa 20 nəfər varıq. Qonaqlarımızın yolunu gözləyirik. Ürəyimiz istəyən kimi də qeyd edə bilərdik. Ancaq ailə içərisində etməyi məsləhət bildik. Uşaq hələ körpədir. Hələ heç nə anlamır. Əgər bunu özümüz üçün ediriksə, onsuz da, hər gün şənlikdəyik. Kiçik toyunda böyük məclis təşkil edəcəyik".
Müğənni daha sonra övladı ilə toy məclislərini bir arada tutmağın çətinlik yaradıb-yaratmamasından da söz açıb:
"Mən artıq bütöv el şənliklərinə də getmirəm. Yarım saat, bir saat gedirəm oxuyub gəlirəm. Uşağın rejimi var. Yemək yeyir yatır. Həmin müddətdə toyum olanda gedib oxuyub gəlirəm. Anasız qoymuram. Bütün günü yanındayam".
Nədənsə müğənninin övladı doğulan ərəfədə onun suyunu bulandırmağa çalışdılar:
"Mənim üçün olanların heç bir əhəmiyyəti yoxdur. Sadəcə, könül bulandırırlar. Xoşbəxt həyatımızı yaşayırıq. Cəhənnəmə gedən özünə yoldaş axtarır. Kimdisə, yəqin onun həyatı bərbad haldadır. İstəyir ki, xoşbəxt olan adamı da öz yanına çəksin".
Hər şeyin keçmişdə qaldığını və əsas odur ki, indi həyat yoldaşı qarşısında heç bir səhvinin olmadığını deyən müğənni yoldaşının hər zaman ona dəstək olduğunu söyləyib:
"Biz ailə olmuşuq, ayrılmışıq, şəkildir. Kimsə həmin şəkli o şəxsin telefonundan da götürə bilər, özü də verə bilər. Bəlkə də, bu, mənim xobəxtliyimi həzm etməməkdir. Ancaq hər kəsə səbr diləyirəm. Mənim indi həyat yoldaşımın yanında bir səhvim olmayıb ki? Ola da bilməz. Keçmiş həyat yoldaşım olub. Belə bir hərəkət edib. Tədbir görülər. Mənim həyat yoldaşım keçmiş məsələlərlə maraqlanan insan deyil. Əslində, hər zaman mənim arxamdadır, mənə dəstəkdir".
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"