San Dieqoda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə silsilə tədbirlər

img

10-05-2017 [17:31]


Nəsimi rayon İcra Hakimiyyətinin tərəfindən ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir.

San Dieqoda Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr olunmuş fotosərgi Meyer Fine Art qalereyasında açıldı. "Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı sərgidə mart ayında Bakıya səfər etmiş Nikolas Agelidis tərəfindən çəkilmiş fotoşəkillər nümayiş etdirildi. Nümayiş olunan fotoşəkillər Bakının tarixi və müasir memarlıq, onun multikulturalizm, etnik və dini müxtəlifliyin, eləcə də son bir neçə il ərzində Bakının sürətli inkişafını əks etdirir.

Sərgidə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bu gözəl iş üçün fotoqraf Nikolas Agelidisə təşəkkür etmiş və 28 may 2017-ci ilə qədər davam edəcək sərginin keçirilməsi üçün şərait yaradan qalereya sahibləri Kathi Meyer və Perry Meyer öz minnətdarlığını bildirib.

Qeyd edilmişdir ki, San Dieqolu fotoqraf Nikolas Agelidis 17-26 mart 2017-ci il tarixdə Bakıda səfərdə olmuş, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən "Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto- sərgidə nümayiş ediləcək fotoşəkillərinin çəkilişləri üçün lazımi şərait yaradılmışdır.

Sərgidə San Dieqo şəhəri ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, professorlar, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak edirdilər.




Digər xəbərlər
SON XƏBƏRLƏR