Heydər Əliyevin "Bir günü" - Evindən və iş otağından reportaj + VİDEO

img

10-05-2017 [12:29]


Rusiyanın NTV kanalı 2000-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bir iş gününü əhatələyən verilişinin videosunu paylaşıb.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, "Bir gün” adlı verilişdə Prezident Heydər Əliyevin səhər işə getməsindən günün sonuna qədərki işləri qısa şəkildə əks edilib.

Məlum olur ki, Prezident Heydər Əliyevi hər gün nəvəsi, kiçik Heydər Əliyev yola salır və onun arxasınca adətimizə uyğun su atır. Ancaq çəkiliş zamanı balaca Heydər ağlamağa başlayır. Heydər Əliyev çəkiliş heyətinə başa salır ki, balaca Heydər foto və video çəkilişləri sevmir və dərhal Prezident çəkiliş heyətini evdən "qovur”.

Aparıcı qeyd edir ki, balaca Heydərin babasının ardınca su atması milli adətdir və bu ritual hər gün təkrarlanır.

Yolda gedərkən Heydər Əliyev 1995-ci ilin sentyabrında ona sui-qəsd planından danışır:

"Körpüyə partlayıcı maddə quraşdırıb mənim maşınımı partlatmağa cəhd ediblər. Yaxşı ki, bizim aidiyyəti orqanlarımız operativdir. Onlar körpüdə axtarış keçirib 200 kiloqramlıq partlayıcı maddə ələ keçiriblər. Əgər o bomba partlasa idi, təkcə körpü yox, ətrafdakı hər şey məhv olardı”.

Prezidentin kabinetinə gəldikdən sonra məlum olur ki, hər gün onun köməkçisi Dilarə Seyidova səhər tezdən çoxsaylı sənədlə prezidentin qəbuluna daxil olur. Prezident sənədlərlə tanış olduqdan sonra onları imzalayır.

Aparıcı qeyd edir ki, Heydər Əliyev dünyada yeganə prezidentdir ki, ona ünvanlanan sənədləri özü şəxsən imzalayır və möhürünü şəxsən özü vurur.

Üçün yarısı prezidentin iş rejimində kiçik fasilə zamanıdır. Bu fasilədə onun yanına rəssam Sadıqzadə gəlir. O, prezident üçün hazırladığı Zərifə Əliyevanın portretini ona hədiyyə edir.

Ulu öndərin ad günündə bu maraqlı verilişin videosunu təqdim edirik:



Digər xəbərlər
SON XƏBƏRLƏR