“İslamiada dərslərə təsir göstərməyəcək” - Təhsil nazirliyi

img

07-05-2017 [15:36]


Azərbaycan Təhsil Nazirliyi gələn həftədən başlayacaq IV İslam Oyunlarının Bakıdakı orta məktəblərdə tədrisə təsir göstərib-göstərməyəcəyini açıqlayıb.

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, oyunlar məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək: "Dərslər normal qaydada davam etdiriləcək. Oyunların keçirilməsi paytaxtdakı, o cümlədən şəhərin mərkəzindəki məktəblərdə də tədrisin təşkilinə təsir göstərməyəcək".

Qeyd edək ki, IV İslam Oyunları mayın 12-dən 22-dək keçiriləcək. 

Trend 

Digər xəbərlər
SON XƏBƏRLƏR