“Yeniyetmələrdə sağlam həyat tərzinin formalaşdırılmasında ictimai fəallığın artırılması” təlimləri başladı

img

06-05-2017 [19:51]


Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDTİB) Bakı şəhəri Xətai rayonu Zakir Əhmədov adına 64 saylı tam orta məktəbdə "Yeniyetmə gənclərdə sağlam həyat tərzinin formalaşdırılmasında ictimai fəallığın artırılması” mövzusunda 1-ci təlimini keçirdi. 

Təlim şagirdlərə ictimai birliyin bu günə kimi gördüyü işlərlə bağlı hazırlanmış videoçarxın nümayişi ilə başladı. Məktəbin müəlliməsi iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra söz ictimai birliyin sədri Əli Cəfərova verildi. Birlik sədri məktəblilərlə növbəti təmas imkanı əldə etdiyini xüsusi məmnunluqla qeyd edərək artıq reallaşdırılmasına start verilən təlimin bu günkü mövzusu barədə iştirakçılara geniş məlumat verdi. Layihənin xüsusi əhəmiyyət kəsb edəcəyini söyləyən Ə. Cəfərov onun mahiyyəti və layihənin tədqiq obyekti kimi niyə məhz məktəbləri və yeniyetmələri seçdiyini açıqladı: "Çıxışıma böyük filosof Sokratdan sitatla başlamaq istəyirəm. Sokratdan soruşurlar:"Sən nə üçün çox vaxt yeniyetmələrlə həmsöhbət olursan?” Böyük flosof cavabında: "Ona görə ki, nazik və tər budaqları düzəltmək asandır, təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir” söyləmişdir. Bizim əsas məqsədimiz yeniyetmə gənclər arasında sağlam həyat tərzini təbliğ etməklə yanaşı, sizlərin hər birinizin özünü sağlam həyat tərzinin təbliğatçısına çevirməkdir”. Daha sonra layihənin məqsədinin detallarına toxunan layihə rəhbəri onu da xüsusilə qeyd etdi ki, "bizim əsas hədəflərimiz gəncləri pis vərdişlərdən qorumaq və onların mənəvi aləmini zənginləşdirməkdir. Piş vərdişlər hər bir dövləti daxildən didib dağıdan qurddur. Yer üzündə baş verən bütün faciələrin əsas səbəbi piş vərdişlərdir. Piş vərdişlər fərdin və xalqın təkcə fiziki sağlamlığını əlindən almır, həm də insanların zəkasına, təfəkkürünə, əqidəsinə və əxlaqına mənfi təsir göstərir. Piş vərdislərin daşıyıcısı olan fərd nəfsin və tamahın müti quludur”. Əli Cəfərovun sözlərinə görə, bu gün uşaqların asudə vaxtlarının düzgün təşkil olunması ən əsas şərtlərdən biridir. Biz çalışmalıyıq ki, onlar həm təlimdə, həm də tərbiyədə cəmiyyətimiz üçün yararlı şəxslərə çevrilsinlər. Bunun üçün əlbəttə ki, başlıcası onları vaxtında düzgün tərbiyə etməyi hədəfləməkdir. Çünki əks təqdirdə onların gecikmiş təlim-tərbiyəsi sonradan həm ailə, həm də cəmiyyətimiz üçün arzuolunmaz problemlərlə nəticələnir. Buna görə də uşaqların təlim və tərbiyəsi ilə zamanında məşğul olmaq lazımdır. Layihə rəhbərinin sözlərindən o da məlum oldu ki, adıçəkilən layihəni Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirir. Lahihə barədə müfəssəl məlumatlar dinlənildikdən sonra ilk təlimin həyata keçirilməsi təlimçiyə həvalə edildi. Təlimçi bildirdi ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində sinifdənxaric işlərin rolu əvəzedilməzdir. Sinifdənxaric işlər düzgün təşkil edildikdə şagirdlərdə əxlaqi dəyərlər formalaşır və onların dünyagörüşləri artır: "Ona görə də istəyirik ki, bizim yeniyetmələr hər şeydən öncə doğru danışsın, verdikləri sözə əməl etsin, həmçinin milli-mənəvi, əxlaqi dəyərlərimizdən qidalanıb "əmanətə xəyanət” etməsin, gözlərini haram yollardan çəksin, əllərini harama uzatmasın və s. Daha sonra təlimçi sağlam həyat tərzinin formalaşmasında ekologiyanın, düzgün qidalanmanın, sağlam həyat tərzinin xüsusi önəmindən bəhs etdi. Əvvəlcədən hazırlanmış videoslaydlar izlənildikdən sonra şagirdlərlər həmin slaydlar üzrə müzakirələr təşkil etdilər. Təlimçi bir daha sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın vacibliyini, pis vərdişlərin insana vurduğu ziyanı, sanitar-gigeynik qaydalara əməl etməyin vacib olduğunu vurğulayaraq hamıya bu qızıl qaydalara əməl etməyi tövsiyyə etdi.Mövzulə əlaqədar aparılan müzakirələrdə şagirdlərdən Fərid,Səbinə,Ayaz, Fidan dahada fəal iştirak etdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR