Stoltenberq: “NATO əsgərləri Suriyada döyüşməyəcək”

img

06-05-2017 [12:34]


"NATO-nun Suriya münaqişəsində iştirakı gündəmdə deyil”.

Bunu, NATO baş katibi Yens Stoltenberq "Spiegel”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, NATO əsgərləri Suriyadakı vətəndaş müharibəsində iştirak etməyəcək.

Lakin baş katib İŞİD-ə qarşı döyüşən İraq əsgərlərinə ilin əvvəlindən təlim verən NATO hərbçilərinin sayının artırılmasını istisna etməyib:

"Fikrimcə, İraq və Əfqanıstanda yerli döyüşçülərə təlim verilməsi terrora qarşı ən yaxşı silahdır”(azadliq.info).

Digər xəbərlər
SON XƏBƏRLƏR