Şriftin ölçüsü / 100 dəfə oxunub

“Dağlıq Qarabağla bağlı referendum yalnız bütün Azərbaycan xalqının iştirakı ilə keçirilə bilər” - Nazir müavini

06 May 2017 [12:05]
"Azərbaycan ərazisində yalnız Azərbaycan Konstitusiyasının tələlərinə uyğun şəkildə ümumxalq səsverməsi keçirilə bilər. Bu baxımdan, nə zamansa münaqişənin həlli prosesi referendum tələb edən səviyyəyə çıxarsa, o zaman bütün Azərbaycan xalqı öz fikrini bildirmək üçün referendumda iştirak edə bilər. Qarabağ məsələsi ilə bağlı digər referendum planını qəbul etmirəm. Bunun üçün əsas yoxdur”.
 
Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər: 

"Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq”.

APA


SON XƏBƏRLƏR
17:34 24.06.2017
Şəhidə borc yazanlar