PA rəsmisi: “Heç bir tərəf geriyə addım atmaq istəmir”

img

06-05-2017 [12:04]


"Bizim gördüyümüz işlər həqiqi siyasət deyil, hazırda real diplomatiyanın kənarındayıq. Bu da təbii ki, kifayət etmir".

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Mədəniyyətlərarası Dialoq yolu və sülh münasibətlərinin inkişaf etdirilməsi mövzusunda keçirilən paneldə aparılan müzakirələr zamanı deyib. 

Onun sözlərinə görə, həqiqi siyasət hazırda gördüklərimizdən kənardadır: "Biz həqiqi siyasət izləməliyik. Son illər onlarla münaqişə həllini tapmır. 50-dən çox ölkədə problemlər var. Forumda bu istiqamətdə səslənən fikirlər dəyərli olsa da, diplomatiyadan kənardadır. Biz BMT ilə əməkdaşlıq edirik. Lakin biz həqiqi diplomatiyadan kənardayıqsa, o zaman sabah nə baş verəcəyini bilmirik. Hazırda iki tərəf var və heç bir tərəf geriyə addım atmaq istəmir. Belə olan halda, ortada mövcud olub, olmamaq məsələsi var".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR