Şriftin ölçüsü / 181 dəfə oxunub

“Qanuni oğru”ların savaşında “Lotu Quli” hədəfdədir

05 May 2017 [12:58]
Ötən ili avqustunda MDB məkanında ən titullu "qanuni oğru”lardan hesab edilən Rövşən Canıyevin ("Lənkəranski”) qətlə yetirilməsindən sonra azərbaycanlılar arasında Nadir Səlifovun ("Lotu Quli”) önə çıxacağı gözlənilən idi. 1995-ci ildən həbsdə olan "Lotu Quli” 2013-cü ildə qətlə yetirilən "Aslan Usoyan klanına yaxın hesab olunurdu və bu və digər səbəblərdən bir çox azərbaycanlı ”qanuni oğru" ilə ciddi konfliktdə idi.

Bu illər ərzində həm "Quli”yə yaxın olan, həm də ona qarşı olan "qanuni oğru”lardan öldürülən və dünyasını dəyişənlər olub. Mirseymur Abdullayevi ("Nardaranlı Mirseymur”), Hikmət Muxtarovu ("Sabirabadlı Hikmət”) və "Rövşən Lənkəranski”ni yada salmaq kifayətdir. "Quli” də Otar Bədəlov ("Otar”) , Baxış Əliyev ("Vaxa”) və Dadaş İbrahimov ( "Novxanılı”) və s. kimi ona yaxın hesab edilən adamları bu amansız savaşda itirib. Məmməd Hüseynovun ("Masallı Mamed”) həbsxanada dünyasını dəyişməsindən, "Lənkəranski”nin isə öldürülməsindən sonra "Quli” heç şübhəsiz ki, Azərbaycanda "köhnə torpaq”lar sırasında ən önə çıxıb. Düzdür, sağ qalan "qanuni oğru”lar sırasında da kriminal aləmdə kifayət qədər tanınanlar ("Yunus Yasamalski” və "Arif Sumqayıtski” ) hələ də var. Amma "Lotu Quli” Azərbaycanda həbsdə olan yeganə "qanuni oğru” kimi indi həm öndə, həm də hədəfdədir.

Rusiya mətbuatının iddiasına görə, Rusiyada azərbaycanlılardan ibarət kriminal dəstələrin "Lotu Quli”nin ətrafında toplaşması prosesi gedir. "Lotu Quli” yeni kriminal qruplaşmanın lideri və hazırda o, ən güclü yaraqlılar "ordusuna” malik olan "qanuni oğru” kimi təqdim edilir. Həmin məlumatlarda "Rəşad Gəncinski” kimi tanınan digər kriminal avtoritet Rəşad İsmayılovun da "Quli”nin klanına qoşulduğu bildirilirdi.
Image result for Rəşad Gəncinski
Məlumatlarda deyilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskvaətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alıb. "”Lotu Quli"nin klanı digər kriminal qruplaşmaları Moskva başda olmaqla, böyük şəhərlərdən sıxışdırıb çıxarmaqdadır. Bu proses yeni qanqster müharibəsinin başlamasına səbəb ola bilər" deyə, Rusiya xüsusi xidmət orqanlarındakı mənbə bildirmişdi.

Son günlər "Lotu Quli” ətrafında proseslər yenidən "canlanıb”. Əvvəl "Rəşad Gəncinski”nin adı "göyərti kralı” kimi tanınan Canpolad Şamiloğlunun qətlinin sifarişində hallandı. Sonra isə "Quli” ilə birgə cəzaçəkmə müəssisəsində cəza çəkmiş Cabir Həsənovun öldürülməsi və onun adının "Lənkəranski”nin qətlində iştirakçı kimi keçməsi iddiası ortaya atıldı. Rusiya mənbələri C.Həsənovun aprelin 28-də Sankt-Peterburqda öldürülməsini Rafiq Eyvazovun ("Rafiq Masallinski”) intiqamı kimi izah edir. Məlumatda deyilir ki, nümayişkarənə şəkildə cəzalandırılan "Rafiq Masallinski” bu qətldən sonra yaxın ətrafına "sırada daha 6 nəfər qaldı” deyib. Bu isə onun təhqir olunmasının videosunun yayılmasında iştirak edənlərin hamısının cəzalandırılacağı və savaşın yenidən qızışacağı kimi izah edilir.
image.jpg (42 KB)
Bildirilir ki, "Masallı Mamed”in qohumu olduğu deyilən Rafiq 2012-ci ildə "tac” alıb. O, 2013-cü ildə Bakıda silahla tutulmuşdu. O zaman Rusiyanın primecrime.ru saytı bu həbslə bağlı sensasion bir xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, R.Eyvazovun "taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov "qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə "Lotu Quli”yə rəqib olmalı imiş. İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, "zon”da "qanuni oğru”nun "Quli” deyil, onun olduğu sübuta yetirilsin.

2013-cü ilin martında həbs edilən R.Eyvazov haqda bundan sonra heç bir məlumat olmadı. Onun hansı cəza aldığı, harada cəza çəkdiyi bilinmədi. R.Eyvazovun sərt cəzalandırılmasının da bu məsələyə görə olduğu və "Quli”nin adamlarının etdiyi iddia olunur.

Göründüyü kimi, həm "Gəncinski”nin sifarişli qətldə adının keçməsi, həm Cabir Hüseynovun öldürülməsi və "Masallı Rafiq”in intiqam almağa başlamasında əsas fiqur "Lotu Quli”dir. 2021-ci ildə azadlığa çıxacaq, azərbaycanlı "qanuni oğru” önə çıxdığı kimi, həm də hədəfdədir...
Musavat.com



SON XƏBƏRLƏR