Azay Quliyev AŞPA-nı sərt tənqid etdi

img

02-05-2017 [12:38]


Milli Məclisin bu gün keçirilən iclasında ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev AŞPA-nın Türkiyə ilə bağlı qərarını tənqid edib.

Azay Quliyev bildirib ki, AŞPA-nın Türkiyəni yenidən monitorinq altına qaytarmaq haqda qərarı selektiv yanaşmanın açıq təzahürüdür nəticəsidir və ciddi əsasa söykənmir.

Deputat deyib ki, ötən ilin 15 iyulunda Türkiyədə hərbi çevrilişə cəhdi nə Avropa Şurasının, nə də Avropa İttifaqının rəhbərliyi pislədilər.

"Onlar adekvat addım atmadılar. Dövlət çevrilişinə olan cəhdi qınamadılar. Hərbi çevrilişə cəhd zamanı 265 nəfər şəhid oldu, minlərlə adam yaralandı. İlk dəfə hərbi çevriliş zamanı bir ölkənin parlamenti bombalandı. Avropa Şurası, Avropa İttifaqı bu qədər rəzalətə laqeyd yanaşdı”.

Deputat bildirib ki, AŞPA-nın Türkiyəyə qarşı qərar verməsi çox üzücüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR