Valeriy Meladze, "ViaQra"qrupu, Dima Bilan və bizim Anar - VİDEO

img

01-05-2017 [17:00]


Gənc ulduz ANAR yeni klipini təqdim edib.

Anarın Mia.az-a verdiyi məlumata görə, klip ölkəmizdən kənarda, BƏƏ-nin Dubay Əmirliyində lentə alınıb. Klipi iki rejissor - Georgiy Firevich və Mariya Jemchujina çəkib. Çəkiliş prosesində istifadə olunan bütün texniki avadanlıqlar Moskva Kinomotoqrafiya məktəbi tərəfindən qarşılanıb. " Второе дыхание" adlı mahnıya çəkilmiş klipdə ukraynalı model və müğənni Alena Tregubova ANARın sevgilisini canlandırır. 

" Второе дыхание" (İkinci nəfəs) adlanan mahnının söz və musiqi rusiyanın əksər sənətçilərinə mahnılar bəstələmiş hitmeyker Aleksandr Sokolova məxsusdur. Klipin premyerası Rusiyanın məşhur Ello TV youtube kanalında edilib. Burada bir çox məşhurların, Dima Bilan, Valeriy Meladze, "ViaQra" qrupu, Ani Lorak, Yuliya Saviçeva kimi simaların klipləri təqdim olunub.

Xatırladaq ki, pop star ANARa məxsus ilk klip- "Не со мной”un premyerası da Ello TV-də baş tutub. 



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR