İspaniyada erməni təxribatının qarşısı alındı - XİN

img

01-05-2017 [16:01]


"5-15 may tarixlərində İspaniyada keçiriləcək Costa Blanca Fashion Week öncəsi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb”.

Bu barədə Mia.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan tərəfi yenə də təxribatçı məqsədlərlə bu tədbirdə qondarma rejimin təmsilçisinin iştirakına cəhd edib.

"Məsələ ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına, o cümlədən tədbirin təşkilatçılarına müraciətlər edib və Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün digər zəruri tədbirlər görüb.

Benidorm şəhər icra hakimiyyətindən səfirliyimizə bildirilib ki, sözügedən tədbirdə qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR