01-05-2017 [15:51]
Son günlər "BakuBus” avtobuslarının salonunda və qapılarda yerləşdirilmiş məlumat xarakterli nişanların, maarifləndirici lövhələrin bəzi sərnişinlər tərəfindən söküldüyü və zədələndiyi müşahidə olunur.
Bu haqda Modern.az-a "BakuBus"un Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinn rəhbəri Mansur Piriyev məlumat verib.
M.Pireyev bu kimi hallara yol verməklə qanunun tələblərini pozan sərnişinləri öz mənfi hərəkətlərindən çəkinməyə çağırıb:
"Bu işarələr əsasən, sərnişinlərin avtobusa daxil olma və avtobusdan çıxışını bildirən istiqamətverici nişanlardır. Bildiririk ki, ölkə qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan istifadə zamanı yol verilən bu kimi hərəkətlər həmin sərnişinlər üçün əlavə məsuliyyət yaradır.
Belə ki, Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, sərnişinlərə avtonəqliyyat vasitəsini və onun avadanlığını zədələmək, salonunu zibilləmək və digər bu kimi mənfi hərəkətlərə yol vermək qadağandır. Eyni zamanda, sərnişin bu qaydaların tələblərinin pozulmasına, habelə daşıyıcıya, və ya avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının digər iştirakçılarına vurduğu maddi ziyana görə məsuliyyət daşıyır.
Bununla yanaşı, "BakuBus” həmin şəxslərin aşkar olunaraq hadisəni törətdikləri andakı videogörüntülərinin yayılması , qanunsuz hərəkətlərinin ictimailəşdirilməsi və onların bu əməlinə qarşı ictimai qınağın formalaşdırılması hüququnu özündə saxlayır”.
Qurum rəsmisinin sözlərinə görə, hazırda avtobuslarımızda quraşdırılmış maarifləndirici lövhələrə və nişanlara yetirilmiş hər bir zədə faktı ilə bağlı araşdırılma aparılır:
"Yaxın günlərdə araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Bu kimi halları müşahidə edən sərnişinlərimizdən bu cür arzuolunmaz hərəkətlərə biganə qalmamalarını, elə yerindəcə hadisəyə öz vətəndaş mövqeyini, münasibətlərini bildirmələrini və zərər yetirən şəxsin daha tez aşakar olunası üçün dərhal *4242 qaynar xəttinə zəng edib məlumat vermələrini xahiş edirik”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb