Bakıda liftdə faciə: Bəyin ölüm xəbəri ilə bağlı rəsmi məlumat yayıldı - VİDEO

img

30-04-2017 [22:50]


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Mia.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:24-də başa çatıb.

***

Bakıda bəy toy günü faciəvi şəkildə dünyasını dəyişib.

AzVision.az-a daxil olan məlumata görə, "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində lift qırılıb.

Sakinlərin bildirdiyinə görə, hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib.

Hələlik ölən şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR