II və III qrup üzrə qəbul imtahanı başa çatdı - İmtahanlarında qüsurlar aşkarlanıb

img

30-04-2017 [17:10]


Bu gün keçirilən qəbul imtahanları respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb. İmtahanların idarə olunmasına 237 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2637 nəzarətçi-müəllim cəlb olunub.

Monitorinqin nəticəsində sual kitabçalarında bəzi sualların kütləvi şəkildə oxunmadığı qeydə alınıb.

Space televiziyasında sualların oxunmaması ilə bağlı məsələyə aydınlıq gətirən DİM əməkdaşı , sual kitabçalarındakı pozuntular olan abituriyentlərin kitabçaları protokollaşdırıb, 3-gün ərzində fəaliyyət göstərəcək apelyasiya komissiyası tərəfindən araşdırılıb abituriyentin xeyrinə həll olunacağını bildirib.

Modern.az-ın məlumatına görə, protokollaşdırma heç də qeyd olunan kimi olmayıb. Şagirdlərin əksəriyyətinin sual kitabçaları protollaşdırılmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR