30-04-2017 [16:40]
"2016-cı ildə 68 şəhər bələdiyyəsi tərəfindən "Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 19 istiqamətdə, 409 layihə üzrə, 3.799.002 manatlıq sosial layihələri, 141 qəsəbə bələdiyyəsi tərəfindən 599 layihə üzrə 2.866.997 manatlıq müxtəlif xarakterli sosial layihələri, 1227 kənd bələdiyyəsi tərəfindən isə 21 istiqamət üzrə ümumi dəyəri 5,9 milyon manatdan çox olan müxtəlif xarakterli layihələr icra olunub.
Layihələr əsasən abadlıq və quruculuq, bələdiyyə yollarının saxlanılması və sosial humanitar məsələləri əhatə edib.
Diqqəti çəkən məqam odur ki, bu qədər layihə icra olunub, ancaq ictimaiyyətin bundan xəbəri yoxdur. Nəyə görə, hansı səbəbə bələdiyyələr fəaliyyətlərini, gördüyü işləri, həyata keçirdikləri layihələri təbliğ etməyə maraq göstərmirlər?”
Mia.az Belediyye.info-ya istinadən xəbər verir ki, bu fikirləri Prezident Adminstrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bələdiyyələrin milli assosiasiyalarının hesabat yığıncaqlarında bildirib.
O, bildirib ki, bu gün bələdiyyələrin fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılmasına, eyni zamanda maliyyə resurslarının verilməsinə baxmayaraq, bir çox bələdiyyələr fəaliyyətlərini günün tələbi səviyyəsində qura bilməyib:
"Ancaq bələdiyyələr həyata keçirilən layihələri, ümumilikdə mövcud fəaliyyəti, təbliğ etməklə seçici-bələdiyyə münasibətlərinin tənzimlənməsinə şərait yaratmış olacaqlar.
Bu gün Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sistemi (BAMS) yaradılıb. Hazırda bələdiyyələr tərəfindən 605.051 nəfər tədiyəçi haqqında məlumat yerləşdirilib. Bu böyük rəqəmdir. Nəzərə alaq ki, bu prosesə ötən ilin oktyabr ayından start verilib. Bu istiqmətdəki sürəti artırmalısınız ki, əldə etdiyiniz maliyyə vəsaitiylə daha çox layihələrin icrasını reallaşdırasınız. Bununla sizə səs vermiş seçicinin etimadını doğrultmuş, rəğbətini qazanmış olacaqsınz.
BAMS-ın üstünlüyü bir də ondadır onu digər proqramlarla gələcəkdə inteqrasiya etmək mümkün olacaqdır.”
Adminstrasiya rəsmisi bələdiyyələri daha fəal olmağa səsləyib:
"Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosail iqtisadi inkişaf” Dövlət Proqramının üçüncü ilinin icrasıyla bağlı keçirilən müşavirədə cənab prezident qeyd etmişdir ki bizim siyasətimizin başlıca məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır.
Dövlət Başçısının qeyd etdiyi bu inkişafda sözsüz ki, bələdiyyələrində rolu olmalıdır. Qeyd olunan məqsədə çatmaq üçün bələdiyyələr də mövcud olan çatışmazlıqların aradan qaldırılması, onların fəaliyyətinin təkmilləşdirilməsi, yerlərdə əhalinin qarşılaşdığı sosial problemlərin həllində yaxından iştirakını təmin edilməlidir”.
Hesabat yığıncaqlarındakı çıxışlarında BAMS-ın əhəmiyyətini vurğulayan E.Eyvazov bildirib ki, Azərbaycan bələdiyyələrinin qarşılaşdığı problemlərin aradan qaldırılmasında, habelə vergi və ödənişlərin uçotunun aparılmasında, tədiyyəçilərlə ünsiyyətin daha sivil formada qurulmasında, şəffaflığın təmin olunmasında Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən istifadəyə verilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının xüsusi önəmi var: "Ötən ilin oktyabrından istifadəyə verilən proqramın bələdiyyələr üçün mühüm əhəmiyyəti vardır. Bu proqramın bir sıra bələdiyyələr tərəfindən istifadəsində müəyyən çətinliklər olsa da, nəticə etibariylə az müddətdən sonra yerli özünidarəetmə orqanları onun bəhrəsini görəcəklər və fəaliyyətlərində hiss edəcəklər”.
E.Eyvazovun sözlərinə görə, bu gün milli assosiasiyalar BAMS proqramının yerlərdə daha geniş şəkildə təbliğiylə bağlı görüşlər keçirməyi nəzərdə tutmalı, proqramın geniş tətbiqinə nail olmalıdırlar.
Ötən ilin sonlarında assosiasiya əməkdaşları səkkiz regionda belə zona müşavirələri keçiriblər.
Lakin bugünkü müzakirələr göstərir ki, bələdiyyələrin maarifləndirilməsi bundan sonra davam etdirilməli, yerli kadr bazasının hazırlanması sistemli şəkildə davam etdirilməlidir.
Bununla yanaşı bələdiyyə sədrləri də öz növbələrində bələdiyyə üzvlərinin iştirakıyla sakinlərlə daim ünsiyyətdə olmaqla, vergi ödənişiylə bağlı əhali narahat edən məsələlərə aydınlıq gətirməlidirlər.
E.Eyvazov çıxışında yerli vergi və ödənişlərin onlayn rejimində daha geniş formatda həyata keçirilməsi imkanlarının yaradılmasının Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında” həyata keçirilməsinin təmin edilməsi artıq nəzərdə tutulduğunuda qeyd edib.
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub