Telekommunikasiya İdarəsinin əməkdaşı yıxılaraq xəsarət alıb - Samuxda

img

29-04-2017 [15:08]


Samux rayon Telekommunikasiya İdarəsinin əməkdaşı yıxılaraq xəsarət alıb.
 
APA-bnın qərb bürosunun xəbərinə görə, rayonun Qarayeri kənd sakini, 1984-cü il təvəllüdlü Ramiz Məmmədov iş başında olarkən telefon xətti dirəyindən yıxılıb.
 
Xəsarət alan R. Məmmədov Gəncə şəhər Təcili və təxirəsalınmaz yardım xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR