29-04-2017 [11:47]
Azərbaycanda 2016-cı il dekabrın 16-dan "Nağdsız hesablaşmalar haqqında” qanunun qəbul edilməsi, daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının bu barədə banklara göndərdiyi tövsiyə məktubu biznes sektoru ilə yanaşı QHT və media sektorunu da iflic edib.
Mia.az xəbər verir ki, "Yeni Müsavat” yazır ki, mətbuat orqanları, vətəndaş cəmiyyəti institutları bu absurd göstərişdən çıxılmaz duruma düşüb.Qəzetin rəhbəri Rauf Arifoğlubildirib ki, yaranmış bu vəziyyət medianın durumuna da mənfi təsir göstərir: "Hazırda ölkənin biznes sektoru iflic vəziyyətinə düşüb. Bununla bağlı ən çox QHT-lərin səsi eşidilir, lakin qəzetlərin də vəziyyəti elə də yaxşı deyil. Maliyyə Bazarlarına Nəzarət Palatasından gələn məktub əsasında banklar artıq bizim öz pulumuzu da verməməyə başlayıblar. Azərbaycan Respublikası prezidentinin ölkədə yazılı mətbuatı ayaqda saxlamaq üçün ayırdığı qrantları belə dövlət büdcəsindən gələn maliyyə vəsaiti qismində qeyd edib, onlara da limit tətbiq edirlər və istifadəsinə məhdudiyyət yaradırlar. Bu, onsuz da ağır vəziyyətdə olan və kommersiya fəaliyyəti göstərən hüquqi şəxs olmasına baxmayaraq, heç bir biznes gəlirləri olmayan yazılı mətbuatı çətin duruma salır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovqəzetə bildirib ki, bu qanunun qəbul edilməsi vacib olsa da, tətbiqi ilə bağlı müəyyən vaxt verilməli idi: "Çünki Azərbaycanda nağd hesablaşmaların miqdarı həddindən artıq çox idi. Nağdsız hesablaşmaların faizi isə çox aşağı idi. 70-80 faiz hesablamalar nağd formada, 20-30 faizi isə nağdsız formada aparılırdı. Ona görə də bu iqtisadiyyatda ciddi problem yaratmışdı. Bu səbəbdən belə bir qərar verildi. Bu qanunun qəbul edilməsi düzgün idi, amma buna hazırlıq lazım idi. Ən azından bir il müddət vermək lazım idi ki, hazırlıq görülsün, hər yerdə pul köçürmə yolu ilə, kartla, qəbzlə işləmək mümkün olsun. Ondan sonra bu qanunun tətbiqinə başlamaq olardı”.
Hüquqşünas Əkrəm Həsənovisə bildirib ki, qanun bankdan pul çıxartmaqla bağlı yox, nağd ödənişlə bağlı məhdudiyyət tətbiq edir: "Bu qanunda söhbət sahibkarların ödəniş edərkən xərclədiyi vəsaitə qoyulan məhdudiyyətdən gedir. Məsələn, sahibkar kiməsə ödəniş edirsə, onun yalnız 15 min manatını nağd şəkildə ödəyə bilər, ondan artıq vəsaiti isə köçürmə yolu ilə ödəməlidir. Ancaq həmin qanun demir ki, sahibkar bank hesabından da məhz bu qədər pul çıxara bilər. Vətəndaş bank hesabından istənilən qədər pul çıxara bilər, 1 milyon manat belə çıxara bilər. Sadəcə o çıxartdığı pulu kassasında saxlamalıdır. Yəni ay ərzində bu limitdən artıq nağd qaydada ödəniş etmək qadağandır.
Ancaq Maliyyə Bazarlarına Nəzarət Palatası özbaşınalıq edərək banklara belə bir məktub göndərib ki, ümumiyyətlə limitdən artıq pul çıxartmağa da icazə verməyin. Bu tövsiyə məktubunu da qeyri-rəsmi formada belə izah edirlər ki, əgər həmin hüquqi şəxs onsuz da ay ərzində 1 min və ya 30 min manatdan çox ödəniş edə bilməzsə, o pulu nə üçün çıxarır? Bu sualı vermək özü bir qanunsuzluqdur. Ona görə ki, Konstitusiyaya görə mülkiyyət hüququ qorunur. Mən özüm bilərəm ki, pulumu bankda saxlayıram, yoxsa ofisimdəki kassamda saxlayıram. Əsas odur ki, mən limiti pozmuram. İstənilən vaxt yoxlama keçirilsə və mənim limiti pozduğu ortaya çıxsa bununla bağlı məsuliyyəti mən daşıyacağam”.
Əkrəm Həsənov MBNP-nin bu addımı atmasının üç səbəbini önə çəkib: "Birincisi, Palatanın bu əməli qanunsuzdur. Faktiki olaraq, bunu ona görə edir ki, bəzi bankların vəziyyəti çox pisdir. Kreditləri yığa bilmir, əmanətlər çıxarılır. Banklarda müəyyən qədər pul qalsın deyə , bunu edirlər.
İkincisi, palata dövlət büdcəsindən maliyyələşmir, bankların hesabına maliyyələşir. Buna görə də, burada şəxsi məqsədlər də güdür.
Üçüncü və ən vacib səbəb: İki həftə öncə bank qanunvericiliyinə çoxsaylı dəyişikliklər oldu. Həmin dəyişikliklərə əsasən Palata elə səlahiyyətlər əldə edib ki, istənilən bankı sağlamlaşdırma və sair adı ilə nəzarətə götürəndə bankın öhdəliklərinin icrasını dayandıra bilər. Bu da faktiki imkan yaradacaq ki, sonra banklar sahibkarların pulunu ümumiyyətlə qaytarmasınlar. Palata ciddi şəkildə buna hazırlaşır. Güman edirik ki, hazırda müflis həddində olan bir neçə bankı bir neçə ay sonra müflis elan edəcəklər. Sağlamlaşdırma, öhdəliklərin restrukzasiyası adı ilə həmin bankdakı pulları da qaytarmayacaqlar. Sonradan bunu elan edəcəklər. Sadəcə, bu prosesə hazırlaşdıqları üçün sahibkarları pullarını çıxartmağa qoymurlar ki, sabah o pulları ümumiyyətlə qaytarmasınlar".
Məsələyə münasibət bildirəniqtisadçı-ekspert Vüqar Bayramovqeyd edib ki, nağdsız hesablaşmaların genişləndirilməsi vacib addım olsa da, bu şəkildə həyata keçirilməməli idi: "Təbii ki, nağdsız hesablaşmaların genişləndirilməsinə ehtiyac var və əslində biz də nağdlı ödənişlərin optimallaşdırılmasının tərəfdarıyıq. Amma problem ondadır ki, bu qadağalar iqtisadiyyatın mövcud strukturuna uyğunlaşdırılmayıb. Bu səbəbdən biznes strukturları, sahibkarlar, QHT rəhbərləri bir sıra çətinliklərlə qarşılaşırlar. Birinci çətinlik odur ki, aylıq nağdlaşdırma ilə bağlı qadağalar iş adamlarının illik dövriyyəsinə uyğunlaşdırılmayıb. Yəni 250 min manat illik dövriyyəsi olan şirkət ilə dövriyyəsi 25 milyon manat olan biznes subyekti üçün limitlər eynidir. Halbuki limitlər 1 milyon manatadək, 1-5 milyon, 5-10 milyon və 10 milyon manatdan artıq dövriyyələr üzrə fərqləndirilməli idi”.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)