Soltan bəy Paşabəyoğlunun xatirə lövhəsinin açılışı olacaq - Qarsda

img

28-04-2017 [20:30]


Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 30 aprel-03 may 2017-ci il tarixlərində "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində İğdır və Qarsda ictimai tədbirlərin təşkili” layihəsi həyata keçiriləcək.

Bu barədə Mia.az-a BDM-dən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində 30 aprel 2017-ci il tarixində Qars şəhərində Azərbaycanın xalq qəhrəmanı, erməni terrorçularına qarşı rəşadətlə mübarizə aparan milli iftixarımız Soltan bəy Paşabəyoğlunun xatirə lövhəsinin açılışı olacaq:

"Daha sonra Qars Universiteti və Heydər Əliyev adına liseydə konfransların keçirilməsi, İğdırda azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması tələbi ilə mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə aksiya keçirilməsi, Azərbaycanın Qarsdakı Baş Konsulluğunda, Qars və İğdır valiliklərində, eyni zamanda bölgədəki QHT və mətbuat nümayəndələrinin iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulub". 

Digər xəbərlər
SON XƏBƏRLƏR