ABŞ-ın Avropa üzrə ordu komandanı Ankaraya gəldi - Sürpriz səfərin arxasında nələr var?

img

28-04-2017 [20:18]


ABŞ-ın Avropa  üzrə ordu komandanı Kurtis Skaparrotti  bu gün Türkiyəyə sürpriz səfər edib.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, Türkiyənin iki gün əvvəl Suriyanın Karaçok, İraqın isə Sincar bölgəsinə hava zərbəsindən sonra amerikalı komandanın bu səfəri dünya mediasının da diqqətini çəkib.

Məlumata görə, Kurtis Türkiyə Silahlı Qüvvələrində bir neçə görüş keçirib.

Bundan sonra o, müdafiə naziri Fikri Işık tərəfindən qəbul edilib:

"Görüşdə Sincara hava zərbəsiylə bağlı ABŞ-ın 'koordinasiya əskikliyi" və amerikallı ordu yetkilisinin PYD/YPG üzvləri ilə hadisə yerinə getməsi müzakirə olunub. Nazir Fikri İşık rəsmi Ankaranın bu addımlardan narahat olduğunu bildirib və əlavə edib ki, Sincara və Karaçoka hava zərbələri Türkiyənin təhlükəsizliyi naminə edilib".

Türkiyə mediasının məlumatına görə, görüşdə narazılıq doğuran məsələlər ətraflı müzakirə olunub, eyni zamanda,  Menbiç və Raqqaya gözlənilən əməliyyatların detalları haqda fikir mübadiləsi aparılıb.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR