Əfv olunan məhkumun adı ətrafında qalmaqal - Nazirlikdən yeni açıqlama

img

28-04-2017 [18:55]


Ədliyyə Nazirliyi Penitensiar Xidməti son günlər bəzi kütləvi informasiya vasitələrində məhkum Mahmudov Elvin Bəxtiyar oğlunun əvəzinə eyni ad və soyadı daşıyan, lakin ata adı və təvəllüdü fərqli olan məhkumun əfv sərəncamına əsaslanaraq səhvən azad edilməsi barədə yayılan xəbərlə bağlı rəsmi açıqlama  yayıb.

Mia.az bildirir ki, açıqlamaya görə, məhkum Elvin Bəxtiyar oğlu Mahmudovun müvafiq sənədləri adi qaydada Əfv Məsələləri Komissiyasına təqdim olunub, lakin onun saxlandığı cəzaçəkmə müəssisəsində baş vermiş cinayət hadisəsi ilə əlaqədar məhkum E.Mahmudov istintaq orqanının "Həbs edilmiş şəxs qismində istintaq təcridxanasına keçirilməsi barədə” qərarına əsasən, Bakı istintaq təcridxanasına keçirildiyindən barəsində müraciətə baxılması təxirə salınıb:

"Bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyanın da mətbuata müvafiq açıqlaması olub. Məhkumun anası Bənövşə Mustafayeva Penitensiar Xidmətin rəhbərliyinin qəbulunda olarkən ona oğlu E.Mahmudov ilə bağlı mövcud vəziyyət tam və hərtərəfli izah edilib".
 
Açıqlamada vurğulanır ki, hüquq müdafiəçiləri və o cümlədən vəkillər öz müvəkkillərinə onların hüquqları və hüquqi vəziyyətləri barədə dəqiq faktlara və qanuna əsaslanan dürüst izah verməli, müvəkkillərdə çaşqınlıq yaratmamalı, əsassız və həqiqətə uyğun olmayan ittihamlara yol verməməli, dövlətimiz tərəfindən cəza-icra siyasətinin həyata keçirilməsində aparılan islahatlar zəminində atılan ardıcıl və sistemli humanist addımlara kölgə salmamalıdırlar: 

"Məhkumların əfvlə bağlı müraciətlərinə aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən baxılır və zəruri sənədlər Xidmət tərəfindən məhz Komissiyanın sorğusu əsasında təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2017-ci il 16 mart tarixli Sərəncamı da Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar Xidmət rəhbərliyinin, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə üzvlərinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının, bir sıra dövlət orqanlarının, Əfv Məsələləri Komissiyasının nümayəndələrinin iştirakı ilə cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında martın 17-də tam icra olunub və adları göstərilən məhkumların azad edilməsi, cəza müddətinin azaldılması və cəzalarının digər cəza növü ilə əvəz olunması qüsursuz olaraq tam təmin edilib. Sərəncamın icrasının yekunları barədə aidiyyəti dövlət orqanlarına və ictimaiyyətə geniş məlumat verilib”.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq