""Azneft" İB-nin Baş direktoru Daşqın İsgəndərov, insafınız olsun!" - Komitə sədrindən çağırış

img

28-04-2017 [17:42]


""Azneft" İstehsalat Birliyinin Baş direktoru, cənab Daşqın İsgəndərov! İnsafınız olsun! Bütün günü boş-bekar kompüterdə oyun oynayan o qədər qohum-əqraba var ki, birinə tapşıra bilməzsiniz ki, bir şəbəkə yaradıb, işçilərə mesaj göndərsin?!".

Mia.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, işçilər ona problemləri ilə bağlı müraciət ediblər:

"İşçi mənə yazır ki, təsəvvür edin evdən işə çıxan günü dəfələrlə olub ki, ağır çanta ilə  limana qədər gəliblər. Ancaq oradan geri qaytarıblar ki, bu gün küləyə görə gəmi olmayacaq. 

İşçilər bildirir ki, hətta elə olub ki, onları iki gün dalbadal həmin ağır çanta ilə evə qaytarıblar. İçərilərində rayondan gələnlər də var. Yalnız 3-cü dəfə gəmi yola salınıb".

Mirvari xanım işçilərə istinadən bildirib ki, "axı, biz 21-ci əsrdə yaşayırıq, yəni bir nəfər ayıra bilmirlər ki, işçilərə mesaj göndərib, xəbərdarlıq etsinlər gəmi olacaq, ya yox".

Komitə sədri qeyd edib ki, dəniz limanına getmək üçün şirkət işçiləri nəqliyyatla təmin etmir: "Ona görə, bu problemi nəzərə almaq lalzımdır".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı