Zərifə Əliyevanın 94 illik yubileyinə həsr olunmuş tədbir keçirildi - Qaradağda

img

28-04-2017 [17:18]


Aprelin 28-də Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 94 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Millət Vəkili, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov, Zərifə Əliyeva adına Oftolmologiya İnstitutunun elmi işçisi, tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politoloqu, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov və digər qonaqlar iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Munis Bayramov akademik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğuladı.

Daha sonra çıxış edən Millət Vəkili, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı olmuşdur. Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Heydər Əliyevə mənəvi dayaq, arxa olmuşdur.

Tədbirin sonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən film nümayiş edildi.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq