Prezidentliyə ən şanslı namizəd rus mediasına qadağa qoydu, Moskva qərarı "qorxunc" adlandırdı

img

28-04-2017 [16:47]


Fransa prezidentliyinə ən şanslı namizəd sayılan bitərəf  Emmanuel Makron Rusiya KİV-lərinə qarşı sərt addım atıb.

Mia.az xəbər verir ki, o, Rusiya mediasına bundan sonra seçki kampaniyasında iştirak etməyə qadağa qoyub: 

"Bu addımı atmağa onlar məni məcbur elədi. Rusiya mediası təxribat və yalanla məşğuldur. Bu yalan və təxribatlarla da seçki prosesinə kobud müdaxiləyə cəhd edirlər".

Makron bu qadağanın həm TV, həm də "Sputnik" kimi xəbər agentliklərinə də tətbiq ediləcəyini bildirib.

Makronun bu qadağasına isə Rusiyadan cavab gecikməyib.

Rusiya XİN-nin sözçsüsü Mariya Zaxarova prezidentliyə namizədin bu qadağasını "qorxunc" adlandırıb.

Yeri gəlmişkən, onu da bildirək ki, Rusiya rəhbərliyi bir müddət öncə Makronun əsas rəqibi,  Fransa prezidentliyinə namizəd olan "Milli Cəbhə" Partiyasının lideri Marin Le Peni Moskvada yüksək səviyyədə qəbul edib. Le Pen Putinlə də görüşüb, Moskvanın ünvanına xeyli təriflər söyləyib. O, Rusiyaya qarşı tətbiq edilən sanksiyaları tənqid edib, bildirib ki, prezident seçiləcəyi təqdirdə, bunun aradan qaldırılması üçün əlindən gələni edəcək.  

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı