Hərbi məktəbin kursantları döyüş atışları icra etdi - FOTOLAR

img

28-04-2017 [15:39]


Bu ilin döyüş hazırlığı planına əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursunda təhsil alan kursantlar üçün artilleriya təlim mərkəzində "Atış və atəşin idarə edilməsi” fənni üzrə döyüş atışlı praktiki məşğələ keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, məşğələnin əsas məqsədi tədris dövründə keçirilən dərslərdə ixtisas hazırlığı üzrə əldə olunan bilik və bacarıqların poliqonlarda, real döyüş şəraitinə uyğun vəziyyətdə praktiki tətbiqinin yoxlanılması olub.
Kursantlar 122 millimetrlik D-30 tipli haubitsalardan döyüş mərmiləri ilə atışları icra etməklə müxtəlif məsafələrdə hərəkət edən və hərəkətsiz hədəfləri məhv etmək üzrə normativ çalışmaları yerinə yetiriblər.
Döyüş şəraitinə tam uyğunlaşdırılmış vəziyyətdə keçirilən təlimdə şəxsi heyətin döyüş və mənəvi-psixoloji keyfiyyətləri yüksək qiymətləndirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq