Vətəndaşlar problemləri qaldırdı, Kəmaləddin Heydərov tapşırıq verdi

img

28-04-2017 [15:00]


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 28-də Qobustan rayonunda vətəndaşlarını qəbul edib.

 Nazir Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ sakinlərini, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edərək onların müraciətlərinə baxıb.

 Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı digər məsələlərlə əlaqədar olub.  

Qəbulda Kəmaləddin Heydərov, eləcə də nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciətləri dinlənilib, onlardan bir qismi yerindəcə həllini tapıb.

 Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq