Rəisin sinif yoldaşının oğluna vəzifə verildi - NQÇİ-dəki qalmaqal belə həll olundu

img

28-04-2017 [13:10]


"Bir müddət əvvəl N.Nərimanov adına NQÇİ-nin 2-ci mədənin 69 nəfər işçisi onların şikayətinin idarə rəhbərliyi tərəfindən araşdırılmadığını deyərək, şikayətlərinin SOCAR rəhbərliyinə çatdırılmasına yardımçı olmağı məndən xahiş etmişdi".

Mia.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, həmin şikayət ərizəsində 2-ci mədənin rəisi Azər Sarıyevin işçilərin hüquqlarını pozduğu, onlarla kobud rəftar etdiyi və işçiləri təhqir etdiyi qeyd olunubmuş:

"Tərəfimizdən onların xahişləri yerinə yetirildi. Dünən işçilər mənə yazdı ki,onların ərizəsi SOCAR-ın İnsan Resursları Deparatamenti tərəfindən ədalətli araşdırılıb və Azər Sarıyev tutduğu vəzifədən azad olunub. Onun yerinə isə NQÇİ-nin quyuların əsaslı təmir sexinin ustası Rauf Abdullayev təyin edilib. Obyektiv və ədalətli araşdırmaya görə fəhlələr təşəkürünü bildirblər. İşçilər eyni zamanda xahiş etdi ki, ədalətli araşdırmaya görə onların təşəkkürünü cənab Xaliq Məmmədova və və Asif Bəkirliyə çatdırım...".

Mia.az-ın əldə etdiyi məlumata görə, Azər Sarıyevin yerinə gətirilən Rauf Abdullayevin təyinatı təəccüb yaradıb. 

Belə ki, onun N.Nərimanov adına NQÇİ-nin rəisi Xaliq Şəfiyevin sinif yoldaşının oğlu olduğu billdirilir. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı