Zaxarovanın Azərbaycan jurnalistləri ilə bağlı açıqlamasına - XİN-dən rəsmi reaksiya

img

28-04-2017 [12:09]


"Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır".

Mia.az-ın xəbərinə görə, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın keçirdiyi brifinqdə azərbaycanlı jurnalistin sualına reasksiyasını şərh edərkən bildirib.

"Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür", - deyə, H.Hacıyev əlavə edib.

Xatırladaq ki, M.Zaxarova dünən Moskvada keçirdiyi brifinqdə Azərbaycan KİV-lərini tənqid edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı