"Bilsinlər ki, buna peşman olacaqlar" - Çavuşoğlundan AŞPA-ya sərt xəbərdarlıq

img

28-04-2017 [10:46]


"Avropa Şurası Parlament Assambleyası (AŞ PA) peşman olacaq".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. 

AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını şərh edən nazir qurumun büdcəsinə ən çox ödəniş edən ölkələrdən birinin Türkiyə olduğunu bildirib: "Bu ödənişin həcmini azaldacağıq, minimum ödəmə edəcəyik. Nümayəndə heyəti göndərib-göndərməməyi də dəyərləndiririk. Ata biləcəyimiz başqa addımlar da var. Bilsinlər ki, buna peşman olacaqlar".

Qeyd edək ki, aprelin 25-də AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.(Trend)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı