Bakı şəhər sakini özünü bankın qabağında yandırmaq istədi - Polis fikirindən daşındırdı

img

28-04-2017 [10:18]


Bakıda intihara cəhd olub.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının əsas ofisinin qarşısında əlində bir qab yanacaq olan Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emil Natiq oğlu Əliyev özünü yandıracağını bildirib. Hadisə yerinə polis əməkdaşları gəlib. E. Əliyevdə aparılan profilaktiki söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub.

Polisdən verilən məlumata görə, E. Əliyev dələduzluqla üzləşdiyi üçün canına qəsd etmək istəyib. Artıq onun şikayəti əsasında polisdə təhqiqat araşdırmasına başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq