28-04-2017 [10:13]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşların sənəd qəbulunu davam etdirir. Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir.
Maraqlıdır, bəs bu il ziyarət paketinin qiymətinin daha da yüksəlməsi Həcc rekordu qıran zəvvarların səfər etməsinə mane olmayacaq ki?
Mia.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı "Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovla əlaqə saxlayıb. Çünki Azərbaycandakı Həcc rekordçularından biri də odur. Hacə Əbdül bildirib ki, qiymətlərin yüksək olması onun Həcc sevgisini əngəlləyə bilməz:
"Həcc ziyarəti elə bir xoş əməldir ki, bu yolu az getsən ləzzətini bilməzsən. Adam istəyir ki, ömrü boyu Həcc ziyarətinə getsin. Ora səfər etmək məhəbbət işidir. İnsanın qəlbində mütləq sevgi olmalıdır. Bu il 29-cu dəfə Həccə gedəcəm”.
Bir müddət əvvəl ürəyində problem yarandığı üçün müalicə alan Hacı Əbdül bu dəfəki ziyarətə tək getməyəcəyini vurğulayıb:
"İnşallah, bu il də qismət olsa, Həcc ziyarətinə oğlum və adaşım Hacı Əbdüllə gedəcəyəm. Oğlumun 7 yaşı var. Bu il 3-cü dəfə ziyarətə gedəcək. Oğlum 5 yaşında Hacı olub. Yaşı az olsa da, getməməklə bağlı bir kəlmə də deməyib. Həm də oğlum Həcc ziyarətində mənə kömək edir. Həcc ziyarətinə yollanarkən nəinki, pulumu, canımı da verməyə hazıram. Qarşıdan Ramazan ayı gəlir. Səhhətim indi yaxşıdır. İnşallah bu il oruc tutub namaz qılacam”.
Keçmiş deputat Hacı Qalib Salahzadə də zəvvarlar üçün ayrılan ziyarət paketinin qiymətindən danışıb:
"Həccə getmək müqəddəs səfərdir. Gərək içində sevgi olsun. Heç nə Həcc ziyarətimi həyata keçirməyi əngəlləyə bilməz. Bu il də qismət olsa Həcc ziyarətinə gedəcəm.
Məgər Həcc ziyarətinə getmək hər adama nəsib olur?! Bu, elə bir səfərdir ki, gərək Allah onu insana qismət etsin. Heç vaxt pula görə ziyarətimi təxirə salmaram. Pulun çox olmasının önəmi yoxdur. Əsas odur ki, Allah bunu qismət etsin”.
Hacı Qalib Salahzadə bundan əvvəl 28 dəfə Həcc ziyarətində olub. Bu il o, 29-cu dəfə Həccə getməyə hazırlaşır.
"Neftçi" ikinci pilləyə yüksəlib
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO