"Əgər bir yerdə səfalət, yoxsulluq başını alıb gedirsə..." - Ərdoğan

img

27-04-2017 [23:15]


Türkiyənin prezidenti Ərdoğan Konstitusiya Məhkəməsinin ildönümü ilə bağlı toplantıda Avropaya yenə mesaj verib.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, Ərdoğan əvvəlcə ölkədəki məhkəmə sistemindən danışıb.

O, insanlarla dövlətin arasında ən güclü bağın ədalət olduğunu bəyan edib:

"Bu gün bir yerdə təhülkəsizlik problemi varsa, orada əsl sıxıntı ədalətin olmamasıdır. Əgər bir yerdə səfalət, yoxsulluq başını alıb gedirsə, orada əsl problem ədalətin bərqərarlığında axsaqlıqdır. Ədalət hissinin yox olduğu bir yerdə cəmiyyətin bütövlüyünü qorumaq, onu ayaqda tutmaq mümkün deyil. Baxın, terrorla mücadiləni öz ölkəsinin, cəmiyyətinin təhlükəsizliyinə gəldikdə haqlı görənlərin başqasına gəldikdə fərqli mövqe göstərməsi ədalətsizlik deyilmi?".

Ərdoğan deyib ki, Türkiyə demokratik və hüquq dövlətdir və bu məsələdəki qərarlığını 15 iyulda isbat etmiş ölkədir:

"Türk milləti azad iradəsiylə öz seçimini edib. Hər kəs buna hörmət göstərməlidir. Söhbət Türkiyəyə gələndə, simasızlıqda sərhəd tanımayanlardan ədalət zatən gözləmirik. Amma heç olmazsa, öz qoyduqları qaydalara bir az hörmət göstərmələrini arzulamaq haqqımızın olduğunu düşünürəm.  

Bunlar Fransa fövqəladə vəziyyət rejimində seçkiyə gedəndə səs çıxarmır. Ancaq çevriliş cəhdinin ardıycan seçkiyə gedən Türkiyə eynisini edəndə, bizi monitorinq altına alır. Ayıbdır. Tarix ən böyük hakimdir. Bu günlər gəlib geçəcək, ancaq hər kəsin doğruları və yanlışları bir ibrət olaraq ortada qalacaq. Biz Türkiyə olaraq, doğru bildiyimiz yolda qərarlıqla irəliləyəcəyik".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı