YPG Türkiyə hərbi hissəsinə 13 dəfə hücum etdi - TSK artıqlaması ilə cavab verdi

img

27-04-2017 [22:16]


Suriyanın Tel Abyad bölgəsindən Türkiyə Silahlı Qüvvələrinin hərbi hissəsinə raket zərbələrinin müşaiyəti ilə hücum olub.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, PKK-nın bir qolu olan YPG silahlılarının hücumlarına sərt cavab verilib.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) yaydığı rəsmi məlumata görə, YPG Türkiyə ordusunun 11-ci hərbi birləşməsinə bağlı olan posta 13 dəfə müxtəlif qurğulardan raket zərbəsi endirməklə, hücum etməyə cəhd edib:

 "Həmin hücum və zərbələrə artıqlaması ilə, həddən artıq təsirli cavab verilib".

TSK hələ ki olayın tam təfərrüatını açıqlamayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı