"Bizi təhqir edənlər..." - Politoloqdan Zaxarovaya sərt reaksiya

img

27-04-2017 [19:40]


"Rusiya XIN-nin mətbuat katibi Mariya Zaxarova Azərbaycan saytlarından birində hansısa yazını əlində bayraq edərək bütün mediamızı təhqir edib. Videonu izlədim. Mariya Zaxarova mediamızın ünvanına "qaba” ifadəsini 5-6 dəfə təkrarlayıb". 

Mia.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. 

Onun fikrincə, Mariya Zaxarova nəinki bir neçə dəfə təhqirlərini təkrarlayıb, Azərbaycanı şantaj etməkdən də çəkinməyib: 

"Görünür, Zaxarovaya o toxunub ki, Azərbaycan mediası Rusiyanın iki vətəndaşına Moskvanın fərqli münasibətindən yazıb. Necə olur ki, MoskvaRusiya vətəndaşı olan Lapşinin azad olunması üçün dəridən qabıqdan çıxır, ancaq separatçıların əsarətində olan Dilqəm Əhmədovun azad olunmasını üçün heç nə etmir? Bu açıq-aşkar ikili standartlardır. Hazırcavab Zaxarovanın bu suala cavabı olmadığı üçün mediamızı təhqir edir".

Politoloq hesab edir ki, Mariya Zaxarovanın azərbaycanlı həmkarı Hikmət Hacıyev və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov reaksiya verməlidirlər. 

"Azərbaycan mediasını ünvansız olaraq təhqir edirlər, "qaba” adlandırırlar, kimsə Zaxarovaya cavab verməyəcəkmi? Rusiya xarici işlər naziri Sergey Lavrova sual verən azərbaycanlı jurnalisti bizimkilər işdən çıxartdılar, indi də Lavrovun işçisinə sual verən bir başqa jurnalistimizin sualını ağzında qoyaraq təhqir etdilər. Bizi təhqir edənlər Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirərlərmi?".




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq