Şahmar Mövsümov “Bank VTB” Müşahidə Şurasına üzv seçilib – ARDNF-dən açıqlama

img

27-04-2017 [19:14]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov növbəti müddətə "Bank VTB" ASC-nin Müşahidə Şurasına üzv seçilib.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, Rusiyanın Sankt-Peterburq şəhərində Bank VTB Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının ümumi illik yığıncağı keçirilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Bankın Müşahidə Şurasının üzvü kimi iclasda iştirak edib.

Yığıncaqda Bankın 2016-cı il üçün illik maliyyə hesabatlarının təsdiqi, 2016-cı ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi, dividendlərin həcmi, ödənilmə tarixləri və forması, eləcə də bankın Müşahidə Şurasının və Audit Komissiyasının yeni tərkibi, xarici audit yoxlamasının aparılması üçün audit şirkətinin seçilməsi, bankın nizamnaməsinə və idarə olunması haqqında qaydalara dəyişikliklər edilməsi barədə məsələlər müzakirə olunub.

İclasda ARDNF-in icraçı direktoru Ş.Mövsümov növbəti dövr üçün Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü seçilib.

2013-cü ildə ARDNF Bank VTB ASC tərəfindən emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,95 faizlik paya sahib olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq