Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - İclas

img

27-04-2017 [17:20]


Avropa Mərkəzi Bankı (ECB) bugünkü iclasında uçot dərəcəsini dəyişdirməyərək yenidən 0% səviyyəsində təsdiqləyib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bununla yanaşı, ECB monetar ekspanisya proqramı çərçivəsində aylıq istiqraz alışının həcmini 80 mlrd. avrodan 60 mlrd. avroya endirib. 

Həmçinin, ECB depozit faizini -0,4% və marjinal borcvermə faizini 0,25% səviyyəsində təsdiqləyib. Bank açıqlamasında atdığı addımı iqtisadiyyatın yavaş tempdə toparlanması və bölgədə dalğalanma riskinin davam etməsi ilə izah edib.

Qeyd edək ki, ECB-nin qərarı maliyyə bazarları tərəfindən əvvəlcədən ehtimal edildiyinə görə, avronun məzənnəsində ciddi dəyişiklik olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR