Uğurlu aktyor, yoxsa siyasətçi? - Hindistanlı aktyor vəfat etdi

img

27-04-2017 [16:31]


Hindistanlı aktyor və parlamentin keçmiş üzvü Vinod Khanna 70 yaşında Mumbaidə öd kisəsi xərçəngindən vəfat edib.

"Report" "Vesti"yə istinadən xəbər verir ki, V.Khanna aktyorluq karyerasına 1968-ci ildə başlayıb və ümumilikdə təqribən 140 filmə çəkilib.

Onun rol aldığı son kino əsəri 2015-ci ildə çəkilən "Sevgililər" filmi olub.

Aktyor Bollivudun nüfuzlu "Filmfare Award" mükafatına, o cümlədən kino sahəsindəki xidmətlərinə görə mükafata layiq görülüb.

V.Khanna kinoya çəkilməklə yanaşı, olduqca uğurlu siyasətçi olub. O, 1997-ci ildə Hindistan Xalq Partiyasının üzvü olub, bir il sonra isə bu partiyadan Hindistan parlamentinin aşağı palatasına deputat seçilib. 2000-ci illərin əvvəllərində Hindistanın Turizm Nazirliyi və Xarici İşlər Nazirliyində vəzifə tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR