Qara dənizdə Rusiya hərbi gəmisi yük gəmisi ilə toqquşub – 78 rus əsgəri xilas edilib

img

27-04-2017 [16:14]


Bu gün İstanbul boğazı yaxınlığında, Qara dənizdə Rusiyanın "Liman”  hərbi gəmisi canlı heyvan daşıyan "Aşot-7” adlı yük gəmisi ilə toqquşub.

Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları Rusiyanın hərbi gəmisindəki 45 əsgəri xilas edib.

Bölgədə qatı duman var, qəzanın da məhz bu səbəbdən baş verdiyi ehtimal olunur.

İlkin məlumatda 15 rusiyalı hərbçinin itkin düşdüyü bildirilsə də, Rusiya Müdafiə Nazirliyi hərbi gəmidəki 78 əsgərin hamısının xilas edildiyi barədə məlumat yayıb. Gəmi isə batıb.

Yük gəmisi isə Rumıniyadan İordaniyaya heyvan aparırmış.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı